Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Laçın rayon icra hakimiyyətində nə baş verir? – İTTİHAM VAR

Laçın rayon icra hakimiyyətində nə baş verir? – İTTİHAM VAR

Mənim şikayətim Laçın rayon İcra Başçısı Aqil Nəzərlidəndi. Aqil Nəzərli nəvəm Alıqulu İbrahimovu icra hakimiyyətindən şikayətçi olduğu üçün şərlədərk həbs etdirib. Dəfələrlə Aqil Nəzərlinin qəbuluna getsəmdə hərbi xidmətdən qaçan bu fərari başçı məni, müharibə veteranı qoca bir kişini polis gücünə icra hakimiyyətindən qovub. Aqil Nəzərli butun qanunsuz işlərini təzə təyin olunmuş rəis Adil Əsədovla, Laçın Məhkəməsinin sədri icra eliyir. Aqil Nəzərlinin özbaşına hərəkətləri Laçın camaatın cana doydurub. Nəvəm Alıqulu İbrahimov iki il əvvəl Laçın rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdri Füzuli Tanrıverdiyev tərəfindən də şərlənərək həbs edilmişdi. Aqil Nəzərli bir neçə gün əvvəl Füzuli Tanrıverdiyevin “feysbuk”da seperatizmi dəstəkləyən paylaşımlarını saytlara göndərənin nəvəm Alıqulu İbrahimov olduğundan şübhələnərək onu şərlədərək həbs etdirib. Aqil Nəzərli Vağazin kənd icra nümayəndəsinin müavini Elbrus Məmmədovun qardaşı Məzahir Məmmədovun oğlanlarından istifadə edib. Nəvəm gecə oğlum gildən öz evinə qayıdanda Məzahir Məmmədovun oğlanları onu yolda döyürlər. Taxtakörpü qəsəbəsində məktəbinin yanında Laçın polis şöbəsinin rəis müavini Rəftar Səfərov nəvəmi saxlayaraq əlindən telefonu alırlar. Telefonu aparıb icra hakiminə verirlər. İcra hakimi telefonu yoxlayanın sabahısı günü nəvəmi həbs elədilər. Laçın rayonunun İcra başçısının tapşırığı ilə qurama məhkəmə iclası keçirildi. Yalançı şahidlər nəvəmin üzünə durdular, məhkəmədə bunu əsas götürərək nəvəmin həbs edilməsinə qərar verdi.
Mən burdan Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Daxil İşlər Nazirinə müraciət edirəm. Bizi fərari başçının, onun sifarişlərini yerinə yetirib qanunları pozan rəis və məhkəmənin əlindən xilas eliyin.
Xahiş eliyirəm mənim nəvəmin işinə yenidən baxılsın.

Müharibə veteranı, Laçın rayon Vağazin kənd sakini Alıqulu İbrahimov

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …