Ana səhifə / Sosial / Keçmiş icra başçısından istintaqa cəlb edilməsi xəbəri ilə bağlı – Açıqlama

Keçmiş icra başçısından istintaqa cəlb edilməsi xəbəri ilə bağlı – Açıqlama

Salyan Rayon İcra Hakimiyyətinin sabiq başçısı Tahir Kərimov həbs olunması və korrupsiya ittihamları üzrə istintaqa cəlb olunması ilə bağlı mətbuatda yayılan məlumatlara qısa münasibət bildirib.
T.Kərimov olkə.Az-a açıqlamasında deyib ki, yayılan məlumatlar doğru deyil: “Nə həbs, nə korrupsiya? Hamısı boş söhbətlərdir. Yayılan bu cür xəbərlərin hamısı yalandır. Mən heç bir istintaqa cəlb olunmamışam”.
Qeyd edək ki, bu gün ulu öndər Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar Fəxri Xiyabanı ziyarət edən insanlar arasında Tahir Kərimov da olub.

Həmçinin oxuyun

Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…

İstər ərzaq, istər geyim, istərsə də digər məhsullar xeyli bahalaşıb. Bir çox ailələr aylıq xərclərin …

Bir cavab yazın