Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / İstanbul ilk dəfə Ərdoğana “Yox” dedi – Şok

İstanbul ilk dəfə Ərdoğana “Yox” dedi – Şok

Türkiyədə keçirilən referendumda səslərin sayılması davam edir.

Axar.az xəbər verir ki, hazırda səslərin 97 faizi sayılıb və Konstitusiya dəyişikliyinə “Hə” deyənlər 51.73 faizlik kiçik fərqlə irəlidədir.

Amma Türkiyənin ən iri şəhərləri dəyişikliyə “Yox” deyir. Konstitusiya dəyişikliyinin tərəfdarı olan AKP İstanbul, paytaxt Ankara, İzmir, Antalya kimi şəhərlərdə uduzur.

Qeyd edək ki, AKP-nin 15 illik iqtidarı müddətində hakim partiyanın istəyinə İstanbul ilk dəfədir ki, “Yox” deyir. Hazırkı nəticələrə görə, İstanbul seçicilərinin 51 faizi Konstitusiya dəyişikliyinə “Yox”, 49 faiz “Hə” deyib.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın