Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / İsmayıl Əsədov vəzifəsindən azad olundu – Yenilənib

İsmayıl Əsədov vəzifəsindən azad olundu – Yenilənib

Kürdəmir Rayon Polis Şöbəsinin rəisi polis polkovniki İsmayıl Əsədov vəzifəsindən azad olunub.

“ Azinforum.az ” ın Report-a istinadən xəbərinə görə, bununla bağlı müvafiq sərəncam imzalanıb.

Onun yerinə hələ ki, təyinat olmayıb.

Xatırladaq ki, İ.Əsədov bu vəzifəyə 10 ay əvvəl – keçən ilin iyul ayında təyin olunub.

***

“Qafqazinfo” xatırladır ki, Azərbaycanın ən məşhur polis rəislərindən biri olan polkovnik İ. Əsədovun bu dəfə də rəis kimi fəaliyyətinin heç 1 ili tamam olmamış vəzifədən azad edilməsi maraq doğurur. O Kürdəmirdən əvvəl Nərimanova təyin olunmuş və bir ay sonra vəzifədən azad edilmişdi. Ondan əvvəl isə Sabunçu rayonuna təyinat alan İ. Əsədov bu rayonda qohumlarının çox olduğunu əsas gətirərək yerinin dəyişdirilməsini istəmişdi və onun bu istəyi nəzərə alınmışdı.

O daha əvvəl Yasamal rayonunun da polis rəisi olub.

İ. Əsədovun növbəti təyinatı ilə bağlı hələlik məlumat yoxdur.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın