Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / İranda ehtiraslar qızışır: Daha bir namizəd geri çəkildi

İranda ehtiraslar qızışır: Daha bir namizəd geri çəkildi

İran keçmiş vitse-prezidenti, hazırda prezident seçkilərində namizəd olan Mustafa Haşemi Taba iddiasından geri çəkilib.

Axar.az xəbər verir ki, Taba namizədlikdən imtina edib və tərəfdarlarını Həsən Ruhaniyə səs verməyə çağırıb.

“Mən istəyirəm ki, bütün əziz həmvətənlərim öz səslərini cənab Həsən Ruhaniyə versinlər. Bu, İranın qorunub saxlanılması və təhlükəsizliyi üçün lazımdır” – deyə o bildirib.

Qeyd edək ki, İranda prezidentliyə 6 namizəd qeydə alınmışdı. Təbliğat zamanı Tehran meri Məhəmməd Baqir Qalibaf Rəisinin, İshaq Cahangiri və Mustafa Haşemi Taba isə Həsən Ruhaninin xeyrinə namizədlikdən imtina edib.

Hazırda əsas rəqabət 3 namizəd mübarizə aparır – hazırkı prezident, islahatçıların dəstəklədiyi Həsən Ruhani, mühafizəkarların dəstəklədiyi İbrahim Rəisi və müstəqil Mustafa Mirsəlim.

Əsas rəqabət Həsən Ruhani və İbrahim Rəisi arasında gedir.

Seçkilər mayın 19-da keçiriləcək.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın