Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / İQBAL AĞAZADƏYƏ MANDAT VERİLMƏDİ – Araz Əlizadə və Tahir Kərimli parlamentdə

İQBAL AĞAZADƏYƏ MANDAT VERİLMƏDİ – Araz Əlizadə və Tahir Kərimli parlamentdə

Ümid Partiyasının sədri İqbal Ağazadə, gözlənildiyi kimi, bu dəfə parlamentə buraxılmayıb. AzPolitika.info-nun məlumatına görə, 35 saylı Xətai III Seçki Dairəsindən Araz Əlizadə qalib elan olunur.

Rəsmi protokollara inansaq, A.Əlizadə səslərin 50 faizinə yaxınını alıb.

Araz Əlizadə ilə yanaşı Vəhdət Partiyasının sədri Tahir Kərimli də parlamentə buraxılıb. Onun 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsində səslərin 70 faizə yaxınını əldə etdiyi bildirilir.

Maraqlıdır ki, bir müddət əvvəl Araz Əlizadə və Tahir Kərimlinin Ramiz Mehdiyevlə görüşdükləri haqda məlumat yayılmışdı. Bu səbəbdən onların deputat elan olunacaqları gözlənilirdi.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın