Masazırın “Yeni Bakı” şəhərciyində məskunlaşan sakinlər bu dəfə su ilə sınağa çəkilir.
Demokrat.az
xəbər verir ki, adıçəkilən ərazidə yaşayan vətəndaşlar sutka ərzində
cəmi 2-3 saat su görür. Qalan vaxtlarda isə əməlli-başlı “yezid”
qurbanına çevrilir.
Belə
ki, havalar soyumağa başladıqdan sonra minlərlə sakin su üzünə həsrət
qalmağa başlayıb. Məsələnin müvəqqəti hal alacağı gözlənilirdi. Çünki
“İlin Dörd Fəsli” şirkətinin yaramaz və fırıldaq törəməsi olan
komendantlıq və orada bu işə məsul olan şəxslər məsələnin tez bir
zamanda düzələcəyini deyirdi. Əlacsız sakinlər haradan bilsin ki,
komendantlıq “müvəqqəti çətinlikdir”, “çən boşdur, su vurulmalıdır”,
“təzyiq aşağıdır, düzələcək”, “boru dardır, suyu çatdırmır”, “bizlik bir
şey yoxdur”, “Azərsuluqdur problem” kimi sözlərlə onları aldadacaq.
Nəticə
isə odur ki, qışın oğlan çağında “İlin Dörd Fəsli” şirkəti və onun
şəhərcikdəki qanunsuz qurumu komendantlıq insanları susuz qoyur və
utanmaz-utanmaz məsuliyyəti öz boynundan qaçırır.
Redaksiyamıza
şikayət ünvanlayan sakinlər su problemi ilə bağlı “Azərsu”nun qaynar
xəttinə, komendantlığa dəfələrlə müraciət etdiklərini deyirlər. Lakin
onların səsinə səs verən tapılmır. Ümidsiz sakinlər ümumi sözlərlə “yola
verilir”. Nəticə isə göz qabağındadır.
“Azərsu”
ASC isə suyun verilişinin dayandırılmasında “İlin Dörd Fəsli” MMC
şirkətini təqsirli bilir. Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Anar
Cəbrayıllı təmsil olunduğu dövlət qurumunun Masazır qəsəbəsi “Yeni Bakı”
yaşayış kompleksinə problemsiz və fasiləsiz şəkildə su verdiyini deyir.
O, ərazidə yaşayan vətəndaşların içməli suyunun kəsilməsində şirkəti və
komendantlığı təqsirkar sayır.
Bu
arada apardığımız kiçik araşdırma nəticəsində məlum oldu ki, “İlin Dörd
Fəsli” MMC-nin “Azərsu” ASC-yə 41 min manatdan çox borcu var. Məsələnin
bir tərəfi də odur ki, “Yeni Bakı” şəhərciyinin sakinləri “Azərsu”nun
fərdi abonenti deyil. Su təchizatı sahəsində dövlət siyasətini həyata
keçirən, istehlakçıları içməli su ilə təchiz edən dövlət qurumu abonent
kimi “İlin Dörd Fəsli” MMC-ni tanıyır. Bütün bunlar isə şirkətin su
məsələsində vətəndaşlar üzərində təzyiq yaratmağa imkan verir. Şirkət
isə borcu ödəməkdən boyun qaçırmaqla özündə təzyiq rıçağı saxlamağa
davam edir. Maraqlıdır, digər dövlət qurumları olan “Azərişıq” və
“Azəriqaz” bəhs edilən ərazidə əhalini fərdi abonent kimi tanısa da,
“Azərsu” hələki bu məsələ ilə bağlı çox uzaq görünür.
Səbəbindən
asılı olmayaraq, nəticə odur ki, Masazırın bu ərazisində vətəndaşlar
susuz qalmağa davam edir və problemin həll olunması üçün heç bir iş
görülmür. Kimsə məsuliyyət daşımır, yekunda sadə camaat əziyyət çəkir.
Şəhərcikdə
özbaşınalıqlar bununla bitmir. Artıq çoxlarına gün kimi aydındır ki,
hər yolla aldadılan şəhərcik sakinləri “İlin Dörd Fəsli” MMC şirkətinin
yalanları və fırıldaq əməlləri ilə üz-üzə qalıb. Belə ki, vətəndaşlar öz
mənzillərinə çıxarış ala bilmir və əksinə, şirkət tərəfindən süni
maneələrlə rastlaşırlar. “Kupça” alanlar isə məcburi şəkildə qanunsuz
ödənişlər edənlərdir. Məhz şirkət və onun rəhbərliyi bəzi vətəndaşların
məlumatsızlığından sui-istifadə edərək onlardan qanunsuz şəkildə “pul
qoparır”.
Image result for yeni bakı
Vətəndaşlara
qarşı qanunsuz əməllər və neqativ hallar bitmək bilmir. Belə ki,
şəhərcik sakinlərindən qanunsuz şəkildə “təmizlik” arayışı tələb olunur
və dövlət rüsumu olmadığı halda əlavə ödənişlər istənilir. Bu ödənişlər
isə otaq sayına görə dəyişir. Bütün bu özbaşınalıqları isə kimsədən
qorxmayan, öz “qanun”larını dövlətin qanunlarından üstün sayan “İlin
Dörd Fəsli” şirkəti yerinə yetirir.
Həmçinin oxuyun
İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər
Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …