Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / İlham Əliyevlə Nursultan Nazarbayevin geniş tərkibdə görüşü olub

İlham Əliyevlə Nursultan Nazarbayevin geniş tərkibdə görüşü olub

Aprelin 3-də Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin geniş tərkibdə görüşü keçirilib.

*   *   *12:04

Aprelin 3-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin məhdud tərkibdə görüşü olub.

*   *   *11:18

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin aprelin 3-də rəsmi qarşılanma mərasimi olub.

Virtualaz.org-un məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Qazaxıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Qazaxıstan Prezidentinə raport verdi.

Qazaxıstan Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi.

Prezident İlham Əliyev və Prezident Nursultan Nazarbayev fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Qazaxıstan Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Nursultan Nazarbayevə, Qazaxıstan nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Azərbaycan və Qazaxıstan prezidentləri rəsmi foto çəkdirdilər.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın