Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Həmin direktorlar məktəbi, təhsili məhv edir… – Şahlar Əsgərov

Həmin direktorlar məktəbi, təhsili məhv edir… – Şahlar Əsgərov

“Məktəbin uğuru, inkişafı yaxşı direktordan asılıdır. Onun tək amalı məktəbini sözün əsil mənasında ən yaxşı təhsil müəssisəsinə çevirmək olmalıdır. Özünü məktəbi üçün qurban verən direktor, məktəbi çiçəkləndirəcək. Məktəbi öz şəxsi ambisiyalarına qurban verən direktor isə məktəbi, təhsili məhv edəcək”.

Bu fikirləri Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyib.
Onun sözlərinə görə, özünü məktəbi üçün qurban verən direktorları 150 min müəllimin içərisindən seçmək heç də çətin deyil:
“İdarəçilik qabiliyyəti, bilik və bacarığı, şəxsi keyfiyyətləri və ən asası vicdanlı namizədlərin direktor seçilməsi bilikli, savadlı nəslin yetişməsi deməkdir. Yaxşı direktor məktəbinin adının yüksəlməsinə, öncül təhsil müəssisələri sırasında olmasına, müəllimlərin tətsilalanlara yüksək səviyyədə təhsil verməsinə çalışır. Belə insanları 150 min müəllim içərisindən seçmək fikrimcə, çətin iş deyil. Çünki onlar öz bacarıq və potensialları ilə digərlərindən seçilir”. Baku Post

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …