Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Sosial / MQ Həmsədrlərinin Peterburqda yalnız Sarkisyanla görüşməsinin səbəbi…

MQ Həmsədrlərinin Peterburqda yalnız Sarkisyanla görüşməsinin səbəbi…

Fərəc Quliyev: “Bizim mövqeyimiz dəqiq ifadə olunduğuna görə həmsədrlər üçün qaranlıq nəsə qalmırdı”

“Ermənistan prezidenti görüşdən əvvəl bir-birilə uzlaşmayan bəyanatlar səsləndirirdi”
Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyilə keçirlən görüşdən əvvəl Azərbaycan və Ermənistan prezidentləri ayrı-ayrılıqda vasitəçi ölkənin rəhbərilə görüşüb.
Diqqətçəkən məqamlardan biri isə Sarkisyanın ATƏT MQ həmsədrlərilə görüşməsi oldu. Ermənistan dövlət başçısının mətbuat xidməti bildirib ki, Sarkisyan ATƏT MQ həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andrie (Fransa), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kasprşiklə görüşüb: “Ermənistan prezidenti onları Sankt-Peterburqda keçirilmiş görüşlər barədə təəssüratları haqda məlumatlandırıb”, – məlumatda deyilir.
Maraqlıdır, münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupu həmsədrləri niyə məhz tək Sarkisyanla görüşüb?
Millət vəkili Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, deyilən məqam olduqca diqqətçəkəndir:

“Həmin görüşün detalları ilə bağlı müfəssəl məlumata malik olmadığım üçün konkret nəsə söyləyə bilmərəm. Amma görünən məqamlar mövcuddur. Bilirsiniz ki, münaqişədə Azərbaycan haqlı tərəfdir. Azərbaycan Prezidenti də daim öz mövqeyini açıq bəyan edib. Görüş ərəfəsində də İlham Əliyev bildirmişdi ki, Azərbaycan öz torpaqlarının işğaldan azad edilməsini tələb edəcək və bu istiqamətdə heç bir güzəştdən söhbət gedə bilməz. Bizim mövqeyimiz dəqiq ifadə olunduğuna görə həmsədrlər üçün qaranlıq nəsə qalmırdı. Ancaq Ermənistan prezidenti görüşdən əvvəl bir-birilə uzlaşmayan bəyanatlar səsləndirirdi. Bir növ, başqasının boğazı ilə danışırdı. Bu səbəbdən də həmsədrlər onunla görüşməyi zəruri bilib. Yəni Sarkisyanın mövqeyinin dəqiqləşdirilməsinə zərurət görüblər. Çox güman ki, Ermənistana həm də izah olunub ki, sülhə maraq göstərəcəyi, konstruktiv mövqe tutacağı təqdirdə onların dünyaya normal inteqrasiyasına şərait yaradıla bilər. Ermənistan üçün mühüm layihələrdə iştirak şansı artar. Hesab edirəm ki, həmsədrlərin görüşmək üçün məhz Sarkisyanı seçməsi bu məqamlarla bağlıdır”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Messi qışda “Mançester Siti”yə keçə bilər

İspaniya “Barselona”sının futbolçusu Lionel Messi qışda İngiltərənin “Mançester Siti” klubuna keçə bilər. “Report”un “Daily Star”a …

Bir cavab yazın