Bazar ertəsi , May 6 2024
Ana səhifə / Sosial / Güclü külək Bakıda fəsadlar törətməkdə davam edir – FOTO

Güclü külək Bakıda fəsadlar törətməkdə davam edir – FOTO

Bu gün səhər saatlarından başlanan güclü külək paytaxtın bir neçə küçəsində fəsadlar törədib.

Belə ki, Murad Mirzəyev və Abbas Mirzə Şərifzadə küçələrində quru ağaclar qırılaraq yolun hərəkət hissəsini kəsib.

Qırılmış ağaclar gediş-gəlişə maneələr törədib. Əraziyə cəlb olunan Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri yolu təmizləyib, ağaclar doğranaraq daşınıb və hərəkət bərpa edilib.

Cəfər Cabbarlı küçəsində daha bir ağac aşıb.

Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri aşan ağacı doğrayaraq səkini təmizləyirlər.

APA

Həmçinin oxuyun

Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…

İstər ərzaq, istər geyim, istərsə də digər məhsullar xeyli bahalaşıb. Bir çox ailələr aylıq xərclərin …