Cümə axşamı , May 2 2024
Ana səhifə / Sosial / Fəzail Ağamalının partiyası referendumla bağlı bəyanat yaydı

Fəzail Ağamalının partiyası referendumla bağlı bəyanat yaydı

Ana Vətən Partiyası sentyabrın 26-da keçirilmiş referendumla bağlı bəyanat yayıb. Partiyanın mətbuat xidmətindən Azinforum.az-a göndərilən bəyanatda deyilir:
“Müasir milli dövlətçiliyimizin möhkəmlənməsində, idarəçilik sisteminin təkmilləşməsində, ölkəmizdə demokratik proseslərin və insan hüquq və azadlıqlarının dərinləşməsində, respublikamızın təhlükəsizliyinin təmin olunmasında xüsusi əhəmiyyət daşıyan “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktına keçirilən ümumxalq səsverməsi – referendum xalqımızın yüksək siyasi fəallığı ilə yekunlaşdı.
İlkin açıqlamalar deməyə əsas verir ki, referendum baş tutmuşdur, seçiçilər fəallıq nümayiş etdirmişlər və səsvermə zamanı referendumun nəticələrinə mənfi təsir göstərə biləcək qanun pozuntuları qeydə alınmayıb.
Bunu Beynəlxalq müşahidəçilərin açıqlamaları da sübut edir.
Ana Vətən Partiyası əmindir ki, Konstitusiyamıza xalqın iradəsilə edilən dəyişiklik və əlavələr dövlətimizin bu gününə və sabahına hədəflənən ciddi və əhəmiyyətli töhvələrini verəcəkdir”.

 

Həmçinin oxuyun

Avtobuslarda kondisioner nə vaxt işləyəcək? – Açıqlama

Havaların getdikcə isinməsi ictimai nəqliyyatda kondisionerə təlabatı artırıb. İsti hava və avtobuslardakı sıxlıq bu il …

Bir cavab yazın