Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Evdə hazırlanan qidalar: 388 nəfər zəhərlənib, 3 nəfər ölüb

Evdə hazırlanan qidalar: 388 nəfər zəhərlənib, 3 nəfər ölüb

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi qışa hazırlıq məqsədilə hazırlanan qablaşdırılmış qidalardan zəhərlənmə ehtimalı ilə bağlı xəbərdarlıq edib.

Mərkəzdən virtualaz.org saytına bildiriblər ki, qış aylarında zəhərlənmələr daha çox evdə hazırlanaraq qablaşdırılan məhsullardan baş verir. “Bu ilin birinci rübündə 103 zəhərlənmə baş verib, nəticədə 162 nəfər zərər çəkib. 8 botulizm hadisəsi olub, bundan 15 nəfər zərər görüb. Botulizm hadisəsindən 3 nəfər dünyasını dəyişib”, -məlumatda deyilir.

Qeyd edək ki, bu ilin 8 ayında 255 zəhərlənmə olub, 388 nəfər zərər çəkib. 11 botulizm hadisəsi qeydə alınıb ki, nəticədə 3 nəfər ölüb, 21 nəfər zəhərlənib. Avqustda 29 zəhərlənmə hadisəsi olub, bundan da 40 nəfər zərər çəkib. Məlum olub ki, zəhərlənmələrin hamısı məişətdə, qidadan baş verib.

Onu da xatırladaq ki, dünən Balakən rayonunun Bedağar kəndində bir ailənin 5 nəfər üzvü zəhərlənib.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …