Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Heydər Əsədova yeni vəzifə verildi, Ziya Məmmədovu əvəzlədi

Heydər Əsədova yeni vəzifə verildi, Ziya Məmmədovu əvəzlədi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2008-ci il 6 mart tarixli 2708 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb

Dəyişikliyə əsasən, sərəncamın 1-ci hissəsində “Ziya Məmmədov – Azərbaycan Respublikasının nəqliyyat naziri” sözləri “Heydər Əsədov – Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri” sözləri ilə əvəz edilir.

Xarici İşlər Nazirliyinə bu sərəncamla edilən dəyişiklik barədə Bolqarıstan tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb.

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …