Bazar ertəsi , May 6 2024
Ana səhifə / Sosial / Erməni diasporu Ağ Evi tənqid atəşinə tutdu

Erməni diasporu Ağ Evi tənqid atəşinə tutdu

Uydurma erməni soyqırımının 100 illiyi ilə bağlı İrəvanda keçiriləcək tədbirlərdə ABŞ-ı maliyyə naziri Ceykob Lyu təmsil edəcək.

Apa – nın “TASS”a istinadən verdiyi xəbərə görə, Ağ Evin aparat rəhbəri Denis Makdonou və prezident Barak Obamanın xarici siyasət məsələləri üzrə müşaviri Ben Rods ötən gün bu qərar barədə erməni diasporunun liderlərini məlumatlandırıblar.

Onların sözlərinə görə, Ceykob Lyuya aprelin 24-də İrəvanda ABŞ-ın erməni xalqı ilə həmrəy olduğunu nümayiş etdirmək göstərişi verilib. Qeyd edək ki, mətbuat xidmətinin məlumatında “1915-ci ildə amansız qətliam” və “1,5 mln erməninin ölümü” kimi ifadələrin yer almasına baxmayaraq, müəlliflər bəyanatda bir dəfə də olsun “soyqırımı” ifadəsindən istifadə etməyiblər.

Press-relizə əsasən, Ağ Ev Ermənistanın bu məsələdə mövqeyini alqışlayır və fürsətdən istifadə edərək bütün tərəflərin maraqlarına uyğun şəkildə “faktların tanınması” ilə bağlı çağırış edəcəyini vəd edib.

Qeyd edək ki, görüşdən sonra ANKA (Amerika Erməni Milli Komitəsi) sədri Ken Xaçikyan Obamanın Türkiyə qarşısında kapitulyasiyasının ABŞ üçün milli rüsvayçılıq olduğunu bildirib. “Sadə dillə desək, bu etimada xəyanətidir”, – deyə erməni diasporunun liderlərindən biri qeyd edib.

Həmçinin oxuyun

Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…

İstər ərzaq, istər geyim, istərsə də digər məhsullar xeyli bahalaşıb. Bir çox ailələr aylıq xərclərin …

Bir cavab yazın