Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Erməni fəal İlham Əliyevə müraciət etdi: “Xahiş edirəm, müdaxilə edəsiniz!”

Erməni fəal İlham Əliyevə müraciət etdi: “Xahiş edirəm, müdaxilə edəsiniz!”

Dünən ictimai fəal, Ermənistan prezidentliyinə namizəd Raffi Ovanisyanın təmsilçisi, Yerevan meriyasının deputatlığına keçmiş namizəd Armen Virabyan (Ermənistanın ilk müdafiə nazirinin müavini David Tonoyanın yaxın qohumu) və onun ailə üzvləri erməni rəhbərliyinin misli görünməmiş təzyiqlərinə məruz qalıblar.

S.Sarkisyanın repressiv aparatı A.Virabyanı onun haqqin.az saytında müsahibəsinin dərc edilməsindən sonra özünə nişan seçib. Xatırladaq ki, həmin müsahibədə Virabyan Bakıya gəlmək, erməni-Azərbaycan sülhməramlı platformasına qoşulmaq istəyini bildirmişdi.

Bir neçə saat bundan əvvəl Armen Virabyan Azərbaycan prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

Müraciətində erməni fəal bildirir ki, illərdir Serj Sarkisyan diktaturasına qarşı mübarizə aparır və bu səbəbdən, Ermənistanı tərk etmək məcburiyyətində qalıb.

“Sizdən xahiş edirəm, mənim təhlükəsizliyimin təmin olunmasına kömək edəsiniz və beynəlxalq təşkilatların vasitəçiliyi ilə üçüncü ölkədə siyasi sığınacaq almağıma yardımçı olasınız”, – müraciətdə deyilir.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın