Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Eldəniz Quliyevlə REAL funksionerləri arasında qalmaqal böyüyür…

Eldəniz Quliyevlə REAL funksionerləri arasında qalmaqal böyüyür…

Milli Şura ilə REAL Hərəkatı arasında ciddi gərginlik yaranıb. Buna səbəb Milli Şura funksioneri, Azərbaycan Ziyalılar Birliyinin sədri, kinodramaturq Eldəniz Quliyevin öz facebook hesabından REAL funksionerlərini aşağılayan status yazmasıdır.
İki qurum arasında narazılığı yaranmasına səbəb olan statusunda E.Quliyev bunları yazıb: “İlqar Məmmədov azad edilməsə, REAL-ın əksər funksionerləri oriental rəqs ustasına çevriləcəklər”.

Milli Şura ilə REAL arasında münasibətlərin normal olduğu bir məqamda kinodramaturqun bu tərzdə status yazması müəmmalara yol açıb. Statusun altındakı rəylərdə REAL ünvanına bir sıra ittihamlar səsləndirilib.

Image result for Natiq Cəfərli
REAL-ın icraçı katibi Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında məsələnin qurumda müzakirə edildiyini bildirdi: “Onlar sadəcə öz səviyyələrini göstərirlər. Biz tərəfdən məsələnin heç bir pərdəarxası məqamı yoxdur. Sizdən xahişimiz budur ki, onlardan bununla bağlı bir cavab alardınız, görək onları narahat edən nədir. Onlar hücuma keçiblərsə, səbəbini də açıqlasınlar, biz də bilək, ictimaiyyət də”.

Image result for Rəsul Cəfərov
Hərəkatın idarə heyətinin üzvü Rəsul Cəfərov bunları dedi: “Bu cür reaksiyalar, şərhlər niyə verilir, bunu mənim üçün söyləmək çox çətindir. Şəxsi mövqeyim odur ki, nə fərdi, nə də təşkilat səviyyəsində bu açıqlamalara, şərhlərə münasibət bildirməməliyik. Bu baxımdan nə mətbuat, nə də sosial şəbəkələr üzərində bu məsələyə münasibət bildirmək fikrim yoxdur. Şəxsən mənim üçün bu qaranlıqdır ki, niyə belə edirlər. İstənilən halda belə məsələlər mənin maraqlandırmır. Nə hüquq müdafiəçisi kimi, nə də REAL-ın idarə heyətinin üzvü kimi fəaliyyətimizə bu cür statusların heç bir təsiri yoxdur, ola da bilməz. Bunlara səbəb olan amillərdən biri İlqar Məmmədovun müxalif düşərgədə önə çıxması ola bilər. Başqa səbəbləri də istisna etmirəm. Bu mövzu mənə qətiyyən maraqlı gəlmir. Sizin də sualınıza birmənalı cavabım yoxdur. Necə ki, siz bunun səbəbini bilmirsiniz, eləcə də mən də bilmirəm. Amma pərdəarxası məqamlar yoxdur. REAL daim hər kəslə, bütün siyasi qurumlarla yaxşı münasibətlər saxlamağa çalışır. REAL heç vaxt heç kimə nə böhtan atıb, nə də qarayaxma kampaniyası aparıb. Bunu etmək fikrində olmayıb, bundan sonra da olmayacaq. REAL-a qarşı niyə belə etdiklərinin səbəblərini edənlər bizdən daha yaxşı bilirlər. Bu məsələlərə fikir vermədən fərdi fəaliyyətimi, REAL-dakı fəaliyyətimi davam etdirməyə üstünlük verirəm. Eldəniz Quliyevlə şəxsi tanışlığımız yoxdur, şəxsən heç vaxt görüşməmişik. Sadəcə onun kim olduğunu bilirəm, o da mənim kimliyimi bilir”.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın