Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Dünən gecə Azərbaycanda 3 baldan aşağı 8 zəlzələ olub -Rəsmi

Dünən gecə Azərbaycanda 3 baldan aşağı 8 zəlzələ olub -Rəsmi

Dünən gecə Azərbaycanda 3 baldan aşağı 8 zəlzələ olub.
Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, Lerik ərazisində qeydə alınan zəlzələnin maqnitudası 3,4 olduğundan məlumat verilib:
“Narahat olunası məsələ deyil. Lerikdə baş verən zəlzələ 3 baldan artıq olduğu üçün məlumat vermişik. Dərinliyi 33 km olan zəlzələ hiss olunmayıb. Dünən axşam ölkə ərazisində 3 baldan aşağı 8 zəlzələ baş verib”.
Qurban Yetirmişli qeyd edib ki, Azərbaycan-İran sərhədində baş verən zəlzələ ölkə üçün təhlükəli vəziyyət deyil.
Qeyd edək ki, Avropa Seysmoloji Mərkəzin yaydığı məlumata görə, Astara rayonunun Kijoba qəsəbəsindən 6 km cənub-qərbdə 3,9 və İranın Kerman şəhərində 4,9 bal gücündə zəlzələ baş verib.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …