Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Deputat: “Referendum” keçirilməsini görməmək beynəlxalq təşkilatların nüfuzuna xələl gətirəcək

Deputat: “Referendum” keçirilməsini görməmək beynəlxalq təşkilatların nüfuzuna xələl gətirəcək

Erməni separatçılarının təxribatlarına göz yumurlar. Bu barədə Trend-ə açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ikili standartlar yürüdərək ermənilərin təxribatlarına göz yumurlar.

Deputat bildirib ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı inzibati idarəetməni qanusuz referendum keçirməklə beynəlxalq ictimaiyyətə təqdim etməyə çalışır:

“Ermənilərin 26 il əvvəl işğal etdiyi əraziləri “müstəqil” kimi beynəlxalq ictimaiyyətə göstərmək cəhdləri boşa çıxıb, amma onlar hələ də bundan bir siyasi nəticə çıxarmayıblar. İndi də işğal etdikləri Azərbaycan torpaqlarında “referendum” keçirməyə cəhd edirlər. ATƏT-in Minsk qrupu və bir neçə beynəlxalq təşkilat bəyanatlar verərək “referendum”u tanımadıqlarını bildiriblər. Təəssüf ki, bəzi beynəlxalq təşkilatlar bu məsələdə Ermənistana təzyiqlər göstərmir, ikili standartlar yürüdürlər. Bu prosesdə özünü görməməzliyə vurmaq beynəlxalq təşkilatların nüfuzuna xələl gətirəcək”.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın