Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Daşınmaz əmlakını sığortalamayan şəxslərin nəzərinə – Video

Daşınmaz əmlakını sığortalamayan şəxslərin nəzərinə – Video

Daşınmaz əmlakını sığortalamayan şəxslər 20 gündən bir cərimə oluna bilərlər.

Bunu əmlak eksperti Ramil Osmanlı bildirib.

O qeyd edib ki, əmlakın sığortalanması prosesini sadələşdirmək üçün nəzərdə tutulan sistem bu ilin sonunadək işə düşəcək. Bu sistem vasitəsilə hər hansı əmlakın sığortalanıb – sığortalanmamasını müəyyən etmək mümkün olacaq ki, bu da sığortadan yayınanların cərimələnməsi prosedurunu asanlaşdıracaq. 

Ekspert əlavə edib ki, sığortalanmış hər hansı daşınmaz əmlaka zərər dəydikdə, əmlak sahibinə 25 min manatadək pul  verilə bilər.

Təqribi hesablamalara görə, Azərbaycanda sığortalana bilən 1 milyondan artıq ev var. 

Ətraflı videomaterialı təqdim edirik: 

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …