Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / “Bunun adı mədəniyyətsizlik, tərbiyəsizlikdir“ – Azad İsazadə

“Bunun adı mədəniyyətsizlik, tərbiyəsizlikdir“ – Azad İsazadə

“Onlar yalan danışmaqla kiməsə ziyan vuracaqlarını düşünmürlər”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında psixoloq Azad İsazadə deyib.

Qeyd edək ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardıma, polisə və digər dövlət orqanlarına yalan xarakterli zənglər olur. Yalandan kiminsə xəstə olması və ya hər hansı bir ərazidə hadisə törədildiyi ilə bağlı çağırışlar edilir. Bəzi adamlar bu cür həssas bir məsələlərə dırnaqarası yanaşırlar. Əssasız şəkildə xidmətlərin fəaliyyətini məşğul etməyə çalışırlar.

Psixoloq bunu, telefon terroru adlandırıb:

“Bəzən zəng edirlər ki, filan yerdə bomba qoyulub. Hüquqi tərəfdən cinayətdir. Mənəvi cinayət də hesab olunur. Çünki xidmət orqanlarını əsassız şəkilə məşğul etmiş olurlar. Həqiqətən yardıma ehtiyacı olanlar ola bilər. Onların bu məsuliyyətsizliyi böyük problem yarada bilər”.

A.İsazadə qeyd edib ki, bəzi insanlar öz hərəkətlərini şit zarafat kimi qəbul edirlər:

“İnsanlarda empatiya olmalıdır. Başqasının problemini hiss etməlidir. Lakin bəzi insanlar bunu şit zarafat kimi qəbul edirlər. Zarafat deyib keçirlər. Bunun adı mədəniyyətsizlik, tərbiyəsizlikdir. İnsanları anlamamaqdır. Onlar inanmırlar ki, bu hərəkətləri ilə kiməsə ziyan vura bilərlər. Bu insanları cəzalandırmaq lazımdır. Bilməlidirlər ki, bir də belə hərəkət etsələr, cəzalanacaqlar. Bəzən çoxu bunu başa düşmür”.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …