Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Bulvarda atraksionları söküb kafe və restoran tikdilər (VİDEO)

Bulvarda atraksionları söküb kafe və restoran tikdilər (VİDEO)

Dənizkənarı Bulvarın ərazisində fəaliyyət göstərən çox sayda atraksion yığışdırılıb. Onların yerində indi kafe və restoranlar yerləşir.
Bir neçə il əvvəl ərazidə 40-a yaxın atraksion olub.
Məsələyə münasibət bildirən Dənizkənarı Bulvar İdarəsindən bildirdirlər ki, ərazidən çıxarılan atraksionlar başqa ərazidə quraşdırılacaq. Ancaq çəkiliş zamanı bununla bağlı hər hansı hazırlıq işlərinin görülməsini müşahidə etmədik.
Övladlarını bulvarda istirahətə gətirən valideynlər isə bildirdilər ki, bulvarda uşaqların istirahət edəcəyi məkanların ləğv edilməsini yox, saylarının artırılmasını istəyirlər.Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsi sədrinin müşaviri Könül İmamverdiyeva bildirib ki, həmin atraksionların istismar müddəti bitdiyi üçün sökülüb.
“Yaxın gələcəkdə bulvar ərazisində yeni atraksionların quraşdırılması gözlənilir. Hazırda yeni atraksionların quraşdırılması ilə bağlı investorlarla danışıqlar aparılır”- deyə o vurğulayıb.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …