Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / “Büdcə artımdan pay götürənlərin siyahısında sosial müdafiə və təminat (pensiya, müavinət, təqaüd) bölməsinin adı yoxdur”

“Büdcə artımdan pay götürənlərin siyahısında sosial müdafiə və təminat (pensiya, müavinət, təqaüd) bölməsinin adı yoxdur”

2023-cü ilin büdcəsinə dəyişikliyə dair Qanun layihəsi parlamentdədir. Bu Qanun layihəsinə əsasən ümumilikdə 3 milyard 620,5 mln. manat artım nəzərdə tutulub ki, onun da 3 milyard 215,5 mln. manatı əlavə vəsait cəlbi, 405 mln. manatı isə 6 bölmənin xərlərinin azalmanın proqnozlaşdırılması fonunda başverib.

İndi öncə gəlin görək, 2023-cü ilin büdcəsinə edilən 3 milyard 620,5 mln. manatlıq vəsait necə və nə qədər ədalətli bölüşdürülür:

1) Artımın 61,1 faizi və ya 2 milyard 260 mln. manatı işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərə;

2) Artımın 27,6 faizi və 1 milyard manatı xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclərə;

3) Artımın 5,8 faizi və ya 212,5 mln. manat,Azərbaycan-Özbəkistan İnvestisiya və Azərbaycan-Qırğız İnkişaf fondlarının nizamnamə kapitalında Azərbaycan tərəfinin payının maliyyələşdirilməsinə;

4) Artımın 4,9 faizi və ya 177,5 mln. manatı dövlət borcuna xidmətlə bağlı xərclərinin artırılmasına;

5) Artımın 3,5 faizi və ya 128 mln. manatı dəmir yolu, elektrik təchizatı və digər infrastruktur layihələri üzrə yenidənqurma və əsaslı təmir işləri xərclərinə yönəldiləcək.

Göründüyü kimi artımdan pay götürənlərin siyahısında nə sosial müdafiə və təminat (pensiya, müavinət, təqaüd), nə səhiyyə, nə təhsil bölməsinin adı yoxdur. Artımdan pay alanların heç bir büdcənin nə iqtisadi, nə də funskional təsnifatı verilmir, bu da o deməkdir ki, həmin xərclərin açılışı verilmir, yəni belə xərcləmələrdə şəffaflıq və hesabatlılıq təmin olunmadığından korrupsiya ehtimalı yüksəkdir.

Bununla yanaşı artımın inflyasiya hesabına təmin edildiyini nəzərə alsaq ondan pay götürənlər inflyasiyadan əziyyət çəkən aztəminatlı təbəqə deyil, qiymətlərin bahalaşmasından yararlana zümrədir.

Qubad İBADOĞLU

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …