Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Bu sürücülər cərimələnəcək – VİDEO

Bu sürücülər cərimələnəcək – VİDEO

Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən avtovağzalların işində səmərəliliyin artırılması ilə bağlı tədbirlər planı hazırlanıb.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildiriblər.

“Xəzər Xəbər”ə açıqlama verən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəsmisi Günay Əliyeva prosesin təfərrüatlarını açıqlayıb.

Qeyd edək ki, əgər sərnişin daşıyan nəqliyyat vasitəsinin texniki və tibbi sənədləri yoxdursa, icazəsiz fəaliyyət göstərirsə, İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinə əsasən, vəzifəli şəxslər 500-800, hüquqi şəxslər isə 2000-3000 manat arasında cərimə oluna bilərlər. Sərnişin daşıyan nəqliyyat vasitəsində taxoqraf yoxdursa və ondan istifadə edilmirsə, fiziki şəxsləri 150, vəzifəli şəxsləri 500, hüquqi şəxsləri isə 1000 manat məbləğində cərimə gözləyir.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …