Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Bu küçələrdə svetoforlar işləmir – İşıq yanmır…

Bu küçələrdə svetoforlar işləmir – İşıq yanmır…

Bakıda bir neçə küçədə işıqforlar işləmir.

“Qafqazinfo”ya BNA-dan daxil olan məlumata görə, elektrik təchizatının kəsilməsi ilə əlaqədar olaraq hazırda paytaxtın Təbriz küçəsinin Ağa Nemətulla, Əhməd Rəcəbli küçələri ilə, Əhməd Rəcəbli küçəsinin F.Xoyski küçəsi ilə, F.Xoyski küçəsinin isə Ağa Nemətulla küçəsi ilə kəsişməsində svetoforlar işləmir.

Sürücülərdən svetoforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …