Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Bu həftə temperatur aşağı düşəcək – PROQNOZ

Bu həftə temperatur aşağı düşəcək – PROQNOZ

Azərbaycanda həftə ərzində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Milli Hidrometeorologiya Xidməti bildirir ki, Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyinin üstünlüyü gözlənilir.

Küləyin maksimal sürəti 15-18 m/s, iyunun 16-da arabir 20-23 m/s olacaq. Bununla əlaqədar temperaturun aşağı enəcəyi, çoxillik normaya yaxın 30-33, həftənin sonunda 35 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam saatlarında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında 34-39, dağlıq rayonlarda 22-27 dərəcə isti olacaq.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …