Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Bu ərazidə evlər sökülərək 14 və 16 mərtəbəli binalar tikiləcək – VİDEO

Bu ərazidə evlər sökülərək 14 və 16 mərtəbəli binalar tikiləcək – VİDEO

Paytaxtın Yasmal rayonunda istismar müddəti bitmiş fərdi yaşayış evləri söküləcək.

Söküntü işləri 1-ci Alatava sahəsində həyata keçiriləcək. Həmin ərazidə yeni məhəllə salınacaq. İlkin layihədə 13-14 və 16 mərtəbli yaşayış binalarının tikintisi nəzərdə tutulur.

Sakinlərin sözlərinə görə, Yasamal rayonunda yerləşən əraziyə baxış keçirildikdən sonra onlara söküntü işlərinin aparılacağı bildirilib. Uzun illərdir burada yaşayan sakinlər deyirlər ki, bu məsələdə əvvəlcə qarşılıqlı razılıq əldə olunmalıdır.

Yasamal Rayon İcra Hakimiyyətinin memarı Eyvaz Bağırov “Xəzər Xəbər”ə bildirib ki, 1-ci Alatava adlanan yaşayış sahəsində fərdi evlərin əksəriyyətinin istismar müddəti bitib. Komunikasiya və nəqliyyat problemləri ərazidə xaotik vəziyyətin yaranmasına səbəb olub. Buna görə də ərazidə söküntü işlərinin aparılmasına qərar verilib. Artıq sözügedən ərazi ilə bağlı ilkin layihə hazırlanır.

Eyvaz Bağırov əlavə edib ki, aidiyyəti qurumdan razılıq alındıqdan sonra ərazidə söküntü işləri aparacaq şirkət sakinlərlə danışıqlara başlayacaq.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …