“Mən və mənim kimi bir çox Sumqayıt şəhərində taksi fəaliyyəti ilə
məşğul olan sürücülər artıq nəqliyyat müfəttişlərinin əlindən cana
yığılmışıq”. Bu sözlər DİA.AZ-a daxil olan müraciətdə yer alıb.
Narazı
vətəndaş yazr: “Belə ki, atalar misalında olduğu kimi onlar sankı
“dovşana qaç deyirlər, tazıya isə tut deyirlər”. Dəfələrlə yığışıb
narazılıqarımızı bildirsək də bizim haqlı narazılığımıza qulaq asan
yoxdur. Bizi qanunsuz taksi fəaliyyətində günahlandıraraq cərimə edən
Nəqliyyat müfəttişləri əgər bizim müqavilə bağlayaraq çalışdığımız özəl
taksi şirkətlərinin fəaliyyətini qanunsuz sayırlarsa niyə Nəqliyyat
idarəsinə tabe olan şəhərdaxili avtobuslarda həm video həm də digər
reklam visitələri ilə taksi şirkətlərini reklam edirlər?”
Dia.az-a
yyazan Sumqayıt sakini Qəzənfər Ağayev bildirir: “Axı bu necə qanun
qaydadır ki, Sumqayıt Nəqliyyatdan aldığımız fərqlənmə nişanı ancaq
Sumqayıt şəhərində qüvvədədir, Bakıya sərnişin apardıqda bu fərqlənmə
nişanı Bakıda nəzərə alınmır”.
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq…
Həmçinin oxuyun
İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər
Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …