Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Bir uşağın məktəbə getməsi neçəyə başa gəlir? – QİYMƏTLƏR

Bir uşağın məktəbə getməsi neçəyə başa gəlir? – QİYMƏTLƏR

Növbəti tədris ilinin başlamağına az bir müddət qalıb və valideynləri düşündürən əsas məsələlərdən biri məktəb ləvazimatlarının qiymətləridir.

Bir uşağa forma, çanta və ləvazimatların alınması üçün minimum 90-95 manat vəsait lazımdır.

Məktəb ləvazimatlarının qiymətini təqdim edirik:

Çantalar: 18-45 manat

Dəftər: 12 qəpik – 1 manat

Dəftər-kitab üzlükləri: 20 qəpik

Sadə qələmlər: 10-30 qəpik, daha keyfiyyətliləri 1 manata qədər

Sadə karandaşlar: 10-30 qəpik

Rəngli karandaşlar: 90 qəpik – 8 manat

Pozan: 10-50 qəpik

Qələmyonan: 15 qəpik – 1 manat 20 qəpik

Xətkeş: 10-40 qəpik

Plastilin: 1-3 manat

Pərgar dəsti: 1 – 3,6 manat

Quaş: 1-4 manat

Fırça: 30-50 qəpik

Məktəbli forması: 40 və 46 manat

Qeyd edək ki, müxtəlif siniflər üzrə ləvazimatlarla bağlı tələblər arta bilər.

Trend

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …