Beyləqan rayon İcra Hakimiyyətinin “Abadlıq və quruculuq” işləri üzrə sifarişçi olduğu tenderə yekun vurulub.
Dəyəri 999.998 (doqquz yüz doxsan doqquz min doqquz yüz doxsan doqquz) manat olan tenderin qalibi “Vaqif” firması olub.
Qeyd
edək ki, “Vaqif” firması təxminən bir ay öncə – iyul ayının 29-da
Beyləqan rayon İcra Hakimiyyəti başçısının Beyləqan Şəhər İnzibati Ərazi
üzrə Nümayəndəliyinin “Yolların əsaslı təmiri” lotu üzrə sifarişçi
olduğu 444.881 (dörd yüz qırx dörd min səkkiz yüz səksən bir) manatlıq
daha bir tenderin qalibi olub.
Qlobal.az Beyləqan rayon İcra Hakimiyyətinin tenderlərinin qaibi olan “Vaqif” firması ilə bağlı maraqlı məlumat əldə edib.
Qeyd edək ki, nizamnamə kapitalı 20 manat olan “Vaqif” firması 1997-ci ildə təsis edilib.
Firmanın qanuni təmsilçisi Qəhrəmanov Qəhrəman Qiyas oğludur.
İnternet
üzərindən apardığımız araşdırma zamanı isə “Vaqif” firmasının qanuni
təmsilçisi Qəhrəman Qəhrəmanovla bağlı maraqlı məlumat əldə etdik.
Belə
ki, cari ilin iyun ayının 25-də PİA.az saytı “Asif Ağayev üçün Beyləqan
mal bazarının müdiri niyə önəmlidir?” başlıqlı
(http://pia.az/asif-agayev-ucun-beyleqan-mal-bazarinin-mudiri-niye-onemlidir–304939-xeber.html)
məqalədə yazır: “Beyləqandan Pia.az daxil olan məlumata görə icra
başçısı Asif Ağayev rayonun mərkəzində həyata keçirilən təmir tikinti
işlərini mal bazarının müdiri Qəhrəman Qəhrəmanov adlı şəxsə tapşırıb.
Prezident İlham Əliyev Beyləqana etdiyi son səfərində rayonun
abadlaşdırılması üçün Ehtiyyat Fondundan 1 milyon manat vəsait ayırdı.
İndi icra başçısı Asif Ağayev rayonun mərkəzi küçələrinin
abalaşdırılması ilə məşğuldur. Rayon sakinləri Asif Ağayevin abadlıq,
təmir işlərindən razı olsalar da bu işlərin Beyləqan mal bazarının
müdiri Qəhrəman Qəhrəmanova verilməsi rayonda birmənalı qarşılanmır və
digər iş adamlarının narazılığına səbəb olur. Çünki rayonda təmir işləri
ilə məşğul olacaq xeyli sahibkar olduğu halda bütün işlərin Qəhrəman
Qəhrəmanova verilməsini iş adamları ədalətsizlik kimi qəbul edirlər”.
Daha
sonra sayt icra başçının iş adamına vəzifə vermək istədiyini, ancaq iş
adamının bu təklifi qəbul etmədiyi yazır: “Məlumatda iddia edilir ki,
icra başçısı Qəhrəman Qəhrəmanova və onun qudasına yaxın vaxtlarda
vəzifə verəcək. Belə ki, başçı Qəhrəman Qəhrəmanova İcra hakimiyyətində
hazırda Məhəmməd Qələndərovdan boş qalan müavinlik postuna qudası
gətirmək istəyir. Bu təyinata Qəhrəman Qəhərmanovun heç də yaxşı
baxmadığı da vurğulanır. Çünki tender işləri ilə məşğul olan iş
adamaının belə bir məsuliyyətli postu idarə etmək üçün zamanı olmadığı
ortadaddır. Qəhrəman Qəhərmanov daha çox pul qazanmağa çalışdığından
başçının onu müavin gətirmək istəyini qəbul etmir”.
Onu
da qeyd edək ki, “Vaqif” firmasının maddi-texniki bazası, işçi qüvvəsi
və iş təcrübəsi barədə hər hansı bir məlumata rast gəlinmir.
Həmçinin oxuyun
İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər
Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …