Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Bakıya yağış, rayonlara qar yağacaq – PROQNOZ

Bakıya yağış, rayonlara qar yağacaq – PROQNOZ

Yanvarın 4-də gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu  gecə 3-6° isti, gündüz  7-9° isti, Bakıda  gecə 3-5° isti, gündüz  7-9° isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 770 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət  70-80 % olacaq.   

Azərbaycanın rayonlarında arabir  yağış, bəzi dağlıq və dağətəyi rayonlarda  qar  yağacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz  5-9°  isti, dağlarda gecə 1-6° şaxta, gündüz  0-4° isti olacaq.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …