Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Bakının məşhur kinoteatrı sökülür – Yerində ticarət mərkəzi tikilir (FOTOLAR)

Bakının məşhur kinoteatrı sökülür – Yerində ticarət mərkəzi tikilir (FOTOLAR)

Bakının Qara Qarayev prospektində yerləşən məşhur “Sevinc”  kinoteatrı sökülmək üçün hasara alınıb.

Ərazidə yaşayan sakinlər Unikal.org-a bildirib ki, hasara alınan kinoteatr sökülərək yerində bir neçə mərtəbəli ticarət mərkəzi, zirzəməsində isə geniş parking tikiləcək.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov bildirib ki, adıçəkilən kinotetar Mədəniyyət Nazirliyinin balansında deyil. Həmin kinoteatr 2000-ci ilin əvvəllərində özəlləşdirilib.

Qeyd edək ki, 1970-ci illərdə istifadəyə verilən “Sevinc” (Təbriz) kinoteatrı uzun müddətdir fəaliyyət göstərmir.

Famil Fərhadoğlu

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …