Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Bakının bəzi qəsəbələrində elektrik verilişində qısa məhdudiyyət olacaq

Bakının bəzi qəsəbələrində elektrik verilişində qısa məhdudiyyət olacaq

“Azərişıq” ASC-dən virtualaz.org-a verilən məlumata görə, qurum Nardaran, Bilgəh ve Buzovna (Albalılıq yaşayış sahəsi) qəsəbələrində elektrik verilişi xətlərində aparılan yenidənqurma işlərini yekunlaşdirir.

Bununla əlaqədar olaraq, bu gün saat 11:00-dan 14:00-a qədər adı çəkilən qəsəbələrin bəzi ərazilərində elektrik enerjisi təchizatinda qısamüddətli fasilələr yarana bilər.

Yarana biləcək narahatlığa görə “Azərişıq” ASC istehlakçılarından üzr istəyir.


Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …