Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Bakıdan gedən yük maşınında 200 qaçaq tutuldu – Video

Bakıdan gedən yük maşınında 200 qaçaq tutuldu – Video

Türkiyədə qaçaq şəkildə Avropaya getmək istəyən azərbaycanlılar saxlanılıb. 

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Çorum şəhərində şübhəli yük maşını aşkarlanıb. Bu zaman sürücü düşərək qaçıb. Maşının yük yerində isə azərbaycanlı və əfqan olmaqla 200 qaçqın olub.

Polis bildirib ki, yük yerindən düşənlər də qaçmağa başlayıb, lakin onların bir hissəsi saxlanılıb. Hazırda digər qaçan qaçqınlar və sürücü axtarılır.

Məlum olub ki, həmin şəxslər Avropaya mühacirət etmək üçün yük maşınına külli miqdarda pul ödəyiblər. Polisin məlumatına görə, qaçqınlar maşına Azərbaycanın paytaxtı Bakı şəhərində yığılıb və Türkiyə üzərindən gizli olaraaq Avropaya keçməyi planlaşdırıblar.

 

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …