Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Bakıda tikintiyə ETİRAZ — İcra başçısı hadisə yerinə gəldi

Bakıda tikintiyə ETİRAZ — İcra başçısı hadisə yerinə gəldi

Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 103 ünvanında yaşayan sakinlər həyətdə tikilən tikintiyə etiraz ediblər.

Hündürmərtəbəli binanın tikintisindən narahat olan sakinlərin etiraz aksiyası axşam saatlarına qədər davam edib.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev də sakinlərlə görüşmək üçün hadisə yerinə gəlib. 

Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib ki, 2018-ci ildən tikintiyə icazə verən qurum Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsidir. 

“Bu, Xətai Rayon İcra Hakimiyyətinin səlahiyyətində olan məsələ deyil. Məndə olan məlumata görə, sözügedən tikinti qanunidir”, – deyə qurum rəsmisi əlavə edib.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …