Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Bakıda nə qədər avtobus kartsız işləyir?

Bakıda nə qədər avtobus kartsız işləyir?

Paytaxtda nağdsız ödəniş sisteminə keçməyən avtobusların sayı açıqlanıb. 
Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.
O, bildirib ki, paytaxtda sərnişindaşımada kartsız işləyən marşurutların sayı 89-dur. Nağdsız ödəniş sisteminə inteqrasiya olunan marşrut xətlərinin sayı isə 75-ə çatıb. M. Ağayev bu prosesin sürətlə davam etdirildiyini bildirib.
Xatırladaq ki, sentyabrın 3-də 194 nömrəli marşrut xətti (Qobu Park Yaşayış Kompleksi – “20 Yanvar” m/st. ) üzrə hərəkət edən avtobuslarda gediş haqqının “BakıKart” vasitəsilə ödənilməsinə başlanılıb.
Bir neçə gün öncə isə 165 nömrəli marşurut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödənir.
Avqustun 18-də 130 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqının “BakıKart” vasitəsilə ödənilməsinə başlanılıb.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …