Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Bakıda “kislota” ilə ağac qətliamı davam edir – VİDEO

Bakıda “kislota” ilə ağac qətliamı davam edir – VİDEO

Bakıda ağacların dibinə zəhərli kimyəvi maddə tökülərək məhv edilməsinə dair daha bir cinayət əməli baş verib. Nərimanov rayonu ərazisində, 45 saylı orta məktəbin yaxınlığında sakinlər bir neçə çoxillik ağacın dibinə naməlum şəxs, yaxud şəxslər tərəfindən “kislota” töküldüyünü aşkar ediblər. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Kadrlara əsasən ağacların dib hissəsinin qabığı soyulub və kimyəvi maddə ilə yandırılıb. İzi itirmək üçün daha sonra kimyəvi maddənin üstünü torpaqlayıblar.

Oxşar hadisə bir neçə gün əvvəl Yasamal rayonu ərazisində aşkar edilmişdi və onlarla ağacın dibinə sulfat turşusu tökməkdə şübhəli bilinənlərdən biri saxlanılmışdı.

Əməkdaşımız Gülnar Əliyeva Nərimanov rayonu ərazisində ağacların kimyəvi maddə ilə məhv edilməsi faktını araşdırmaq üçün hadisə yerinə gedib. Həmin hadisə Ağa Nemətulla küçəsi, 1987-ci məhəllədə baş verib. Yaxınlıqda yaşayan sakinlər deyiblər ki, bir gün əvvəl kimlərsə 4 ağacın (iki zeytun, iki qaraağac) dibinə kimyəvi maddə tökərək yandırıblar. Sakinlər bu faktı aşkarlayaraq DİN-in 102 xidmətinə məlumat veriblər. Əraziyə polis əməkdaşları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları gəliblər.

Hazırda Mənzil İstismar Sahəsinin əməkdaşları ağacların olduğu yerdə təmizləmə işləri aparırlar. Onlar deyirlər ki, ağacları dibinə tökülən məhluldan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları nümunələr götürüb gediblər.

Sakinlər isə deyirlər ki, kimlərsə bu ərazidə obyekt tikmək istəyir. Əvvəllər bu sahə kiçik park olub, yaxınlıqda yaşayan sakinlər orada istirahət ediblər. Lakin bir müddət əvvəl bu yaşıllıq sahəsindən skamyalar götürülüb. Görünür ağacları məhv etmək istəyənlər bu ərazidə obyekt tikmək istəyənlərdir. Virtualaz.org

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …