Cümə axşamı , May 2 2024
Ana səhifə / Sosial / Bakıda çoxmərtəbəli binanın lifti qırıldı – Yaralılar var

Bakıda çoxmərtəbəli binanın lifti qırıldı – Yaralılar var

Ötən gecə Bakıda çoxmərtəbəli binanın liftində qəza baş verib. Liftinin qırılması nəticəsində yaralananların vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, xəsarət alan 5 nəfərdən 4-ü bel, bud-çanaq və aşağı ətrafların travması diaqnozu ilə 3 saylı Kliniki Şəhər Xəstəxanasında hospitalizasiya olunub:

“1 nəfər tibb müəssisəsinə getməkdən imtina edib.

3 saylı Kliniki Şəhər Xəstəxanasında ilkin tibbi yardım göstərilən 1 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Qəza zamanı xəsarət alan 1 nəfər qapalı fəqərə sütunu travması L3-L4 fəqərələrinin cismində çökmə tipli sınıq diaqnozu ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasında zəruri tibbi yardımlar göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda 2 nəfər ambulator müayinə edilib, 1 nəfər azyaşlıya sağ qamış sümüyünün yuxarı 1/3-nin sınığı diaqnozu ilə, digər bir nəfərə isə sol bayır kondilusun sınığı diaqnozu ilə gips langet qoyulub”.

Həmçinin oxuyun

Aİ Azərbaycanda minalardan təmizləmə ilə bağlı yeni təşəbbüslə çıxış edəcək

Aİ və Azərbaycan yaxın tərəfdaşlar olaraq qalır. Bizim aktiv dialoqumuz davam edir. APA xəbər verir …