Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Bakıda bu binanın sakinləri təhlükə ilə üz-üzədir – Video

Bakıda bu binanın sakinləri təhlükə ilə üz-üzədir – Video

Paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsi 63 ünvanında 41 ildir ki, yaşayış olan 160 mənzilli binanın girişindəki beton lövhə çökmək üzrədir. Sakinlər təhlükənin qarşısını almaq üçün beton lövhənin altına dəmir dirək qoyublar. Bununla belə, təhlükənin sovuşduğunu demək olmaz.

Sakinlərin digər ən böyük şikayəti isə binanın liftlərindəndir. Bura kooperativ bina olduğundan sakinlər kooperativin sədrinə dəfələrlə müraciət etdiklərini deyirlər. Hər dəfə yağış yağan kimi su içəri damır, blokun iç divarları nəmlənir.

Sakinlər kooperativin sədrini onların şəxsi vəsaitləri hesabına tikdirdikləri xeyir-şər evini satmaqda da ittiham edirlər.

Kooperativin sədri Elxan Dünyamalıyev “Xəzər Xəbər”ə açıqlamasında bu iddianı təkzib edib. O, sakinlərdən yığılan vəsaitin məbləğinin Nazirlər Kabinetinin müəyyən etdiyi tariflərə əsaslandığını bildirib.

Problemlə bağlı Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, bina kooperativ tipli olduğu üçün sakinlər yenidən seçki keçirib sədri dəyişdirə bilərlər. O ki qaldı liftlərin dəyişdirilməsinə, bununla bağlı lift idarəsinə artıq tapşırıq verilib. Ərazinin abadlaşdırılması da nəzərdə tutulur.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …