Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Bakıda bəy toyda sərxoş aldı, özünə xəsarət yetirdi

Bakıda bəy toyda sərxoş aldı, özünə xəsarət yetirdi

Bakıda 20 yaşlı bəy toy mərasimində ağır xəsarət alıb.

Hadisə Suraxanı rayonunda baş verib.

Qaraçuxur qəsəbəsində yerləşən “Yağmur” şadlıq sarayında toy mərasimi keçirilən 1999-cu il təvəllüdlü Məmmədov Taleh Bəxtiyar oğlu sərxoş vəziyyətdə restoranın şüşəsini yumruğu ilə sındırıb. Nəticədə o, sağ əlinə ciddi xəsarət yetirib.

Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun sağ biləyin kəsilmiş-cırılmış yaraları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır. Report

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …