Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Bakıda “axşambazarı”na maraq artıb: Qiymət fərqi nə qədərdir? – VİDEO

Bakıda “axşambazarı”na maraq artıb: Qiymət fərqi nə qədərdir? – VİDEO

Son aylar bahalaşma ilə əlaqədar istehlakçılar xüsusilə “axşambazarı”na üstünlük verirlər. Bəs “axşambazarı”ndakı qiymət fərqi nə qədərdir? Doğrudanmı səhər əl yandıran qiymətlər axşam ürəyi sərinlədir?  Sualımızı 8-ci kilometr bazarındakı satıcılara ünvanladıq.

Satıcılar deyirlər ki, bəzi məhsullar tez xarab olduğu üçün günün sonunadək mütləq satılmalıdır. Məhsulun tez satılmasının vacibliyi isə qiymət fərqinə təsir edir.

Alıcılar da “axşambazarı” qiymətlərdə fərqin olduğunu deyirlər. Ancaq burada əsas nüans axşama qalan məhsullarda düzgün seçim edə bilməkdir.

Beləliklə, həm sərfəli qiymətə, həm də yaxşı məhsul almaqdan ötrü bazara üz tutanlar gərək günortadan sonra, saat 4-5 aralığından gecikməsinlər. Əks halda, bazarda endirimli qiyməti görüb, məhsulu tapa bilməyənlərdən olacaqlar.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …