Ana səhifə / Sosial / Bakıda 350 manata alça satılır

Bakıda 350 manata alça satılır

Hər bir insanın görüb yan keçə bilmədiyi alça artıq satışdadır. Sosial şəbəkələr üzərindən də satışı təşkil olunan alçanın qiyməti hər il fevral ayında böyük müzakirəyə səbəb olur.

Ekzotik meyvələrin satışını təşkil edən mağazadan Qaynarinfo-ya verilən məlumata görə, hazırda alçanın bir kilosu 350 manata təklif olunur.

Bundan əlavə 100 qramlıq paketlər də satışa çıxarılıb. Həmin paketlərin qiyməti 45 manatdır.

Mağazadan alıcılarların daha çox 100 qramlıq paketlərə üstünlük verdiyini bildiriblər.

Həmçinin oxuyun

Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…

İstər ərzaq, istər geyim, istərsə də digər məhsullar xeyli bahalaşıb. Bir çox ailələr aylıq xərclərin …