Çərşənbə axşamı , May 11 2021
Ana səhifə / Sosial / Bakı polisi maska taxmayanları avtobusdan düşürdü – Video

Bakı polisi maska taxmayanları avtobusdan düşürdü – Video

Paytaxtın Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları maska taxmayan şəxslərə qarşı reyd keçirib.

Reyd zamanı belə şəxslər avtobuslardan düşürülüb. Onların temperaturu ölçülüb və maska paylanıb.

Kafe və restoran sahibləri ilə də profilaktik söhbətlər aparılaraq sosial məsafəyə əməl etmələri tapşırılıb.

Həmçinin, Bakı Nəqliyyat Agentliyi və Bakı Şəhər Baş Polis İdarəsi karantin rejimi qaydalarına riayət etməyən sərnişinlər arasında maarifləndirmə aksiyası keçirib. Tədbir çərçivəsində “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində polis əməkdaşları və nəqliyyat könüllüləri tibbi maskadan istifadə etməyən vətəndaşlara tibbi maskalar paylayıb.

 

Həmçinin oxuyun

Sabahın hava proqnozu AÇIQLANDI

Azərbaycanda mayın 12-nə gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin …