Ana səhifə / Sosial / Bakı meriyasının binası qarşısında kanalizasiya daşdı

Bakı meriyasının binası qarşısında kanalizasiya daşdı

Səbail rayonu, İstiqlaliyyət küçəsi 4-də, Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında kanalizasiya quyusu daşıb, çirkab su yola axır.

Virtualaz.org saytının əməkdaşı xəbər verir ki, kanalizasiyanın daşması nəticəsində yolda gölməçələr yaranıb. Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da işə gələrkən həmin küçədən istifadə edir. Lakin artıq 1 saata yaxındır ki, tədbir görülmür.

Yaxınlıqda yaşayan sakinlərin sözlərinə görə, göydən bir gilə düşən kimi kanalizasiya xətti daşır. “Şəhərin tən ortasında – merin istifadə etdiyi yolda kanalizasiya xətti sıradan çıxıb. Amma heç kim kanalizasiya xətlərinin niyə aşıb-daşması ilə maraqlanmır. Küçəboyu yağış barmaqlıqları qoyulub. Amma qanovların vaxtlı-vaxtında təmizləməməsi problem yaradır”, -sakinlər söyləyiblər.

Bakı Şəhər İcra Hakimiyyətindən məsələyə münasibət bildirmək istəməyiblər. Meriyanın adını söyləmək istəməyən əməkdaşı iddia edib ki, kanalizasiyanın daşmasında küçələri süpürənlər günahkardırlar. Çünki süpürgəçilər küçədəki zibili süpürüb barmaqlıqlara, kanalizasiya xəttinin üstünə tökürlər.

 

Həmçinin oxuyun

Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…

İstər ərzaq, istər geyim, istərsə də digər məhsullar xeyli bahalaşıb. Bir çox ailələr aylıq xərclərin …