Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Bağça müəllimləri ilə əlaqədar yeni qərar barədə – Video

Bağça müəllimləri ilə əlaqədar yeni qərar barədə – Video

Bağça müəllimləri sertifikalaşdırmadan keçəcək.

Bununla bağlı “Təhsil haqqında” qanuna dəyişiklik təklif olunur.

Dəyişikliyə əsasən, dövlət məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsi və peşə yararlılığı yoxlanılacaq.

Təhsil eksperti Kamran Əsədov deyir ki, hazırda ölkədə 1693 uşaq bağçası və körpələr evi fəaliyyət göstərir. Burada 18 minə yaxın tərbiyəçi çalışır. Onun sözlərinə görə, bağça müəllimlərinin sertifikasiyaya cəlb olunması vacibdir.

Dəyişikliyə əsasən, təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.

Xatırladaq ki, qanun layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul edilib.

Ətraflı videomaterialı təqdim edirik:

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …