Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Badamdar sürüşmə zonasında gərginlik qalmaqdadır

Badamdar sürüşmə zonasında gərginlik qalmaqdadır

Badamdar sürüşmə zonasında gərginlik qalmaqda davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən xəbərə görə, sürüşmə zonasında monitorinqlər davam etdirilir.

Bildirilib ki, sürüşmə sahəsinin bir hissəsində avtomobil yoluna doğru torpaq kütləsində artım qeydə alınıb.

Düşən yağıntılar nəticəsində kiçik hissədə torpaq axıntısı müşahidə olunub. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik olmayıb.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …