Şənbə , Aprel 20 2024
Ana səhifə / Bölgələr / “Mən həyatımın, bu günümün, gələcəyimin xoşbəxtliyini məhz uşaqlara qayğıda, diqqətdə görürəm”

“Mən həyatımın, bu günümün, gələcəyimin xoşbəxtliyini məhz uşaqlara qayğıda, diqqətdə görürəm”

Ellərə doğmadır şairin səsi,
Mən necə sevməyim, el sevən kəsi ?

Zəlimxan Yaqub

Bu gün Azərbaycanın ciddi düşünülmüş, uzun illərə hesablanmış genişmiqyaslı, çoxşaxəli iqtisadi inkişafı təmin olunur. Bu inkişafı və uğurları düzgün, düşünülmüş iqtisadi siyasət şərtləndirir. Həmin siyasətin nəticəsi olaraq, Azərbaycanın bütün bölgələri kimi, ölkəmizin qərb qapısı hesab olunan Qazax da inkişaf edir, abadlaşır, gözəlləşir. 

Mediaxeberleri.az xəbər verir ki, Məktəbəqədər təhsil uşaqların intellektual, fiziki və psixoloji inkişafında, potensial imkanlarının üzə çıxarılmasında mühüm rol oynayır. Həmçinin, uşaqların məktəbə hazırlanmasına, onlarda mədəni keyfiyyətlərin, müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq və həyati bacarıqların formalaşmasına ciddi təsir edir. Maddi sərvətlərin insan kapitalına çevrilməsinin təməli məhz məktəbəqədər təhsil müəssisələrində qoyulur.

Prezident cənab İlham Əlievin sərəncamı ilə Qazaxa icra başçısı təyin edilən Rəcəb Babaşov rayonda görüləsi genişmiqyaslı işlərlə yanaşı baxçalarda da sürətli inkişafın həyata keçirilməsini ön plana çəkmişdir. Kabinetdə oturmağı sevməyən rayon rəhbəri Qazaxda fəaliyyət göstərən bütün baxçaların qeydiyyatını aparmış, hər birini gəzib yerli sakinlərlə söhbətlər apararaq hamısını əasalı təmir edəcəyini bildirib. Artıq həmin günlərdən 2il yarım ötüb. Qısa bir müddətdə baxçaların əsaslı təmirləri başa çatıb. Avropasayağı əsaslı təmirdən çıxan baxçaların hər birinə uşaqlar üçün ən müasir avadanlıqlar gətirilib. Yemək, yatacaq, kuxna dəstləri tamamilə yenilənib. Onu da bildirək ki, bu gün rayonda 25 bağça fəaliyyət göstərir. Onlardan 6-sı şəhərdə, 19-u isə kəndlərdə yerləşir. Həmin bağçalardan böyük əksəriyyəti əsaslı şəkildə təmir olunaraq yendən qurulub. Bəziləri üçün yeni binalar inşa olunub. Bu gün həmin təmirli şəhər bağçalarından – 1,2,3,4,5 saylı, kənd bağçalarından Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçalarının öz gözəllikləri, yaradılan şəraitlə göz oxşayan bağçalar sırasındadır.

İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasında da ilk gündən tikinti işləri sürətlə aparılıb. Baxçanın 22 oktyabr tarixində təntənəli açılışı olub və fidan balalarımızın ixtiyarına verilib.

Kənd sakinləri ilə yanaşı, müəllim və valideynlər də rayonda aparılan genişmiqyaslı tikinti-quruculuq işlərinə, eləcə də İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasının əsaslı şəkildə yenidən qurulmasına görə ölkə başçısına, rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər. Görülən işləri gələcəyimiz olan uşaqlara göstərilən yüksək qayğı kimi qiymətləndiriblər.

Hazırda Qazax şəhər 6 saylı körpələr evi–uşaq baxçasında əsaslı təmir demək olar ki, başa çatmaq üzrədir. Onu da qeyd etmək yerinə düşər ki, 2-ci Şıxlı kəndindəki 2 saylı körpələr evi- uşaq baxçası istifadəyə verildikdən sonra, cənab Babaşov həmin gün kənddəki 3 saylı uşaq baxçası-körpələr evində olub. Sovet dönməindən təmirə ehtiyacı olan baxçada da yaxın günlərdə əsaslı təmir işlərinin aparılacağı haqqında kənd sakinlərinə məlumat verib.

Ölkə rəhbərinin gənc nəslin hərtərəfli inkişafı, gələcəyin elmli-bilikli, istedadlı qurucuları kimi yetişməsi üçün göstərdiyi diqqət və qayğının nəticəsi olaraq respublikanın, o cümlədən Qazaxın təhsil sistemində aparılan geniş reforma və yeniliklər körpə balaların həyatla, cəmiyyətlə ilk təmasda olduqları uşaq baxçalarından da yan ötməmişdir.
Bunu uzun illər Bakı Dövlət Universitetinin Qazax filialında çalışaraq, ixtisas artırma və yenidən hazırlanma fakultəsinn dayaq məntəqələri ilə əlaqə kabinetində medodist işləmiş təcrübəli pedaqoq İradə Mustafayevanın müdir olduğu, bu ilin yanvar ayında açılışı qeyd olunan 1saylı körpələr evi – uşaq baxçasının timsalında da aydın görmək mümkündür.
Burda körpə balaların həvəslə qoşulduqları maraqlı səhər idmanından tutmuş onların baxçadan ayrılmaq istəmədikləri axşam saatlarına qədər davam edən “səhər idmanı vaxtı” uşaqların fiziki və zehni inkişafına, sağlamlığına xidmət edir. Şəhərin Bakı küçəsində yerləşən 100 yerlik bu baxçanın 3 müxtəlif yaş qrupunda öz peşələrini və körpə balaları ürəkdən sevən 10 tərbiyəçi-müəllimə olmaqla 26 nəfər işçi uşaqların gündəlik qayğısına qalır, nəvazişini çəkir.
…1,5 yaşından 5 yaşınadək uşaqların tərbiyə aldıqları qrupların birində fidan balalar yumşaq xalı-xalçaların üzərində dövrələmə oturaraq, maraqla tərbiyəçi-müəllimənin danışdığı nağıllara qulaq asır, özlərinə məxsus şirin uşaq ləhcəsi ilə şeir söyləyir, bir-birinə aman verməyərək, tapmacaların cavabını daha tez deməyə cəhd göstərir, digər bir qrupda isə balaca “kişilər” oyuncaq ayı və şirlərlə “vuruşur”, “kubik”lərlə “ev” tikir, maşın sürür, gəlinciklərlə oynayan qızcığazlar isə onlara “ay uzunsaç, qaragöz…” mahnısını oxuyaraq, əzizləyib-oxşayır, “laylay” deyirlər. Bir-neçə müddət sonra isə (adətən – nahardan, günorta yuxusundan sonra) uşaqların hamısı özlərinin kiçik masaları arxasına keçərək, televizorda göstərilən multiplikasiya filmlərinə tamaşa edir, müəllimənin yeri düşdükcə izahat verdikləri uşaq kinolarına baxırlar.
Burada 29 ildən artıq çalışaraq, uşaqlara göstərdikləri əsl ana qayğısı və nəvazişi ilə yalnız balacaların deyil, onların valideynlərinin də rəğbətini qazanmış tərbiyəçi-müəllimə Sultan Məmmədrzayeva, onun həmkarı, kiçik qrupun müəlliməsi Arzu Hacıyeva uşaqlara ata-anaları işdə olduğu bütün gün ərzində elə diqqət və qayğı gostərirlər ki, onların bəziləri günün sonunda belə baxçadan getmək, müəllimələrindən ayrılmaq istəmirlər.
– Hər yerdə olduğu kimi, bizim baxçamızda da sevimli balalarımız olan bu uşaqların hər biri ilk dəfə bura ayaq açanda ağlayırlar – təbii ki, valideynlərinin dalınca, – deyə Arzu müəllimə uşaqlardan söhbət açır. Çünki gözünü açıb ata-ananı görmüş 1-2 yaşlı uşaq onun üçün yad olan mühiti, valideynlərindən ayrı düşməsini qəbul edə bilmir. Ancaq bu hal iki-üç gündən artıq davam etmir. Düşündüyünün əksinə olaraq, ata-anasının onu “həmişəlik baxçada qoyub” getmədiklərinə, hər gün axşam onu yenə evə apardıqlarına əmin olduğu sonrakı günlərdə uşaq yaşıdları ilə birgə olmaq, birgə oynamaq sevinci ilə baxçaya can atır.
Həqiqətən də, valideynlərin də razılıqla bildirdiklərinə görə, burda hər səhər uşaqlar baxçaya həvəslə, sevinə-sevinə gəlirlər – bilirlər ki, onları burda özləri kimi balaca yaşıdları və sevimli, qayğıkeş müəllimələri gözləyirlər.
Baxçadakı müxtəlif yaş qruplarına baş çəkərək, özlərinin nağılabənzər uşaq dünyalarına qapılmış uşaqların burada şən və sevincli olduqlarını görmək istər-istəməz adamda xoş ovqat, xoş təəssürat yaradır, hətta uşaq olub onlara qoşulmaq istəyirsən. (Bu, nostalji duyğularla yanaşı bəlkə də bir qədər qibtə hissi ilə də baglıdır. Axı, mən və yaşıdlarım baxçaya gedərkən bu qədər çox maraqlı oyun-oyuncaq, yumşaq çarpayılar, mult-filmlərin və uşaq kinolarının göstərildiyı televizor, maraqlı tədbirlərin keçirilməsi, ən əsası – bu cür diqqət və qayğı olmayıb).
Baxçada olarkən biz bunun bilavasitə şahidi olduq. Uşaqlar nəinki rəngləri ayırd edir, hərfləri və rəqəmləri tanıyır, sadə hesablamaları yerinə yetirir, hətta stol üzərinə qoyulmuş xüsusi monitorun oyun və məşğələ proqramlarını sərbəst işə salıb, sevinc və maraqla əylənir, müəllimənin verdiyi tapşırıqları səylə yerinə yetirməyə çalışırlar.

İradə müəllimə ötən il digər baxçalardan olan tərbiyəçi həmkarları ilə birgə məktəbəqədər təhsil kurikulumu üzrə təlim kursu keçmişdir və indi həmin təlimi uğurla tətbiq edərək, uşaqlara oynayıb-əylənməkdə, təlim-tərbiyədə daha çox sərbəstlik verən, uşaq fantaziyasının genişlənməsinin və təşəbbüskarlığının vacibliyini əsas tutan, fəallığının artmasını şərtləndirən həmin təlimin daha səmərəli olduğunu uşaqların zehni, intellektual inkişafında daha aydın müşahidə edir və bundan xoş bir məmnunluq duyur.
Uşaqların sensor tərbiyəsinin təməlinin mükəmməl olması, interaktiv kurikulum təlimi onların zehni inkişafının və gələcək həyatının uğurla davam etməsində mühüm rol oynayır, – deyə baxçanın müdirəsi İradə Mustafayeva balacaların həyatda formalaşmasında sensor amilinin əhəmiyyətindən danışır. – Uşaqların sensor inkişafı onların ətrafda gördüklərinin xaricı əlamət və xüsusiyyətlərini – rəngini, formasını, ölçüsünü, iyini, dadını qavrayıb qəbuletmə bacarığının və onlar haqqında təsəvvürlərinin inkişaf etdirilməsinin, formalaşdırılmasınin əsasını təşkil edir. Dünyanın məktəbəqədər pedaqoqika və psixologiya üzrə görkəmli alimləri uşaqların şüurunun inkişafının onların ətraf aləmi dərketmə xüsusiyyətindən asılı olduğunu əsas tutaraq, onların intellektual inkişafına xidmət edən sensor tərbiyəsinin erkən yaşlarından başlanılmasını vacib saymış və yüksək dəyərləndirmişlər. Çünki şüurun bütün digər əsas formaları – yadda saxlama, fikirləşmə, təsəvvüretmə məhz ətrafdakı obrazları dərketmə əsasında yaranaraq inkişaf edir. Bu səbəbdən də, Qazaxın əksər baxçalarında olduğu kimi, bizim baxçada da uşaqların tərbiyəsinə, onların sərbəstlik və fəallıqlarının artmasına xidmət edən kurikulum təliminə xüsusi diqqət yetirilir.
Baxça ilə tanışlıqdan sonra məndə burada təlim-tərbiyə alan uşaqların zehni inkişaf etdiyini, hər şeyi dərk etməyə necə həvəs və maraqla səy göstərdiklərini görmək, bundan fərəh duymaq üçün burada tez-tez olmaq istəyi yarandı. Ancaq yaxşı olardı ki, övladlarının təlim-tərbiyəsini uşaqlara böyük məhəbbət və qayğı bəslənilən bu cür qabaqcıl baxçalara etibar etmiş valideynlər də belə bir istəklə uşaqlarının tərbiyə aldıqları qruplarda hərdən heç olmasa yarım saat, bir saat olaydılar ki, həm övladlarının necə gözəl şəraitdə böyüyüb, boy atdığını, inkişaf etdiyini bilavasitə görəydilər və balalarının evdəki təlim-tərbiyəsini baxçadakına uyğun şəkildə davam etdirəydilər.

Bu olduqca mühüm əhəmiyyət kəsb etmiş olardı.

Ələddin Kəsəmənli
İlham Hacalı

“Mən həyatımın, bu günümün, gələcəyimin xoşbəxtliyini məhz uşaqlara qayğıda, diqqətdə görürəm” – Rəcəb Babaşov
“Mən həyatımın, bu günümün, gələcəyimin xoşbəxtliyini məhz uşaqlara qayğıda, diqqətdə görürəm” – Rəcəb Babaşov
“Mən həyatımın, bu günümün, gələcəyimin xoşbəxtliyini məhz uşaqlara qayğıda, diqqətdə görürəm” – Rəcəb Babaşov
“Mən həyatımın, bu günümün, gələcəyimin xoşbəxtliyini məhz uşaqlara qayğıda, diqqətdə görürəm” – Rəcəb Babaşov
“Mən həyatımın, bu günümün, gələcəyimin xoşbəxtliyini məhz uşaqlara qayğıda, diqqətdə görürəm” – Rəcəb Babaşov
“Mən həyatımın, bu günümün, gələcəyimin xoşbəxtliyini məhz uşaqlara qayğıda, diqqətdə görürəm” – Rəcəb Babaşov
“Mən həyatımın, bu günümün, gələcəyimin xoşbəxtliyini məhz uşaqlara qayğıda, diqqətdə görürəm” – Rəcəb Babaşov

www.mediaxeberleri.az

Dostlarınla paylaş:

Oxşar xəbərlər

19:17 Qazaxda 3 saylı körpələr evi-uşaq bağçasının açılışı olub Bu gün Respublika Prezidenti İlham Əliyevin regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı imzaladığı 12 fevral 2018-ci il tarixli Sərəncamı Qazax rayonunda uğurla icra olunur. Sərəncamdan irəli gələn vəzifələrə uyğun olaraq azyaşlı körpələrin sağlam mühitdə böyüməsi və gözəl şəraiti olan

21:55 Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva

16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra

21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | [email protected]
© 2014 www.mediaxeberleri.az

Həmçinin oxuyun

Canına qəsd edən qazinin atası: “Azyaşlı qızlarına ürəyi istəyəni ala bilmirdi” – Fotolar

“Oğlum işsizlikdən, həyat şəraitinin acınacaqlı olması səbəbindən bezib canına qəsd etdi”.Bunu Yeniavaz.com-a yaşadığı evdə canına qəsd …