Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Babək prospektində yol çökdü – 1 ay əvvəl təmir olunub + Fotolar

Babək prospektində yol çökdü – 1 ay əvvəl təmir olunub + Fotolar

Bakıda yeni əsaslı təmirdən çıxan prospektdə yol çöküb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Babək prospektinin “Monte Karlo” restoranı yaxınlığındakı hissəsində asfalt örtüyü təxminən 100 metr məsafədə çöküb və çuxur yaranıb. 

Hazırda yol həmin hissədə maşınların hərəkəti üçün bağlanıb. Asfaltın həmin hissəsində üst örtüyü qaşınıb və bərkitmə işləri aparılıb. Bu gün axşam saatlarına kimi yolun istifadəyə verilməsi gözlənilir. 

Qeyd edək ki, prospekt dekabrın 10-da sürücülərin istifadəsinə verilib.

***

Azərbaycan Dövlət Avtomobil Yollarının sözçüsü Anar Nəcəfli bildirib ki, yolun deformasiyaya uğramasının səbəbi asfalt örtüyünün altından çəkilən kommunikasiya xətləridir.

“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı isə həmin ərazidə kommunikasiya xətlərində heç bir problem olmadığını qeyd edib: “Həmin yerdə yolun çökməsinin səbəbi bizlik deyil”.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …