Bazar ertəsi , May 6 2024
Ana səhifə / Sosial / “Azərbaycanda yaşayan yəhudilər heç vaxt ayrı-seçkiliyə məruz qalmayıblar” – Səfir

“Azərbaycanda yaşayan yəhudilər heç vaxt ayrı-seçkiliyə məruz qalmayıblar” – Səfir

“Azərbaycanla İsrail arasındakı əlaqələr mükəmməldir”.

Bunu İsrailin Azərbaycandakı səfiri Dan Stav deyib.

O bildirib ki, insanlar arasında təmaslar intensiv xarakter daşıyır: “Azərbaycanda yaşayan yəhudilər heç vaxt ayrı-seçkiliyə məruz qalmayıblar. Onlar burada cəmiyyətin bir hissəsi kimi yaşayırlar”.

Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə səfir deyib ki, bütün münaqişələr sülh yolu ilə həllini tapmalıdır: “İsrail Azərbaycanın münaqişənin sülh yolu ilə həllinə dair mövqeyini və ərazi bütövlüyünü dəstəkləyir. Biz həmçinin ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyirik”.(APA)

Həmçinin oxuyun

Məşhur çörək zavodunda natəmizlik aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Zaur Şərifov küçəsi, ev 22 ünvanında …

Bir cavab yazın