Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Türkiyə-Azərbaycan biznes-forumu keçiriləcək

Türkiyə-Azərbaycan biznes-forumu keçiriləcək

Türkiyə Respublikasının İqtisadiyyat Nazirliyinə bağlı Şərqi Qaradəniz İxracatçılar Birliyinin (Doğu Karadeniz İhracatçılar Birliği) təşkilatçılığı ilə  5 May 2017 tarixində saat 10:00-da Bakıdakı “Park İnn by Radisson” otelində Türkiyə-Azərbaycan Biznes Forumu keçiriləcək. 

Türkiyənin Azərbaycandakı səfirliyindən daxil olan məlumata görə, Türkiyədən, 25-30 nəfərlik türk iş adamlarından ibarət nümayəndə heyətinin də iştirak edəcəyi forumda hər iki ölkənin işadamları arasında ikitərəfli görüşlər reallaşacaq.

Biznes-forumda inşaat və elektrik materialları, qida məhsulları, plastik, havalandırma, ev, ofis və restoran mebelləri, tekstil və.s. sektorlarda fəaliyyət göstərən, beynəlxalq standardlara cavab verən məhsul istehsalı və ixracı ilə məşğul olan türk firmaları iştirak edəcək.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …

Bir cavab yazın